Gülşən Hacıyevastomatoloq-ortodont
Azərbaycan dili, dili dəyişin
010 710 77 17

Bakıda zirkon qapaq (zirkon tac)

Zirkon qapaq (zirkon tac) çox dağılmış dişi hər tərəfdən örtür və onun formasını bərpa edir. Gülşən Hacıyeva Yasamalda, Dental Center Plus klinikasında zirkon qapaq qoyur.

250–300 AZN, 1 diş

Gülşən Hacıyeva, stomatoloq-ortodont20+ illik təcrübə, 2004-cü ildən · Dental Center Plus, Yasamal

Bu sizə tanışdırsa?

  • Dişim çox dağılıb, plomb tutmur
  • Dişimdə böyük plomb var, divarı sınıb
  • Kanal müalicəsindən sonra dişim zəifləyib
  • Zirkon qapağın qiymətini bilmək istəyirəm

Tanış gəlir? WhatsApp-a yazın

Zirkon qapaq nədir?

Qapaq (tac) dişin görünən hissəsini hər tərəfdən örtən və onun formasını bərpa edən örtükdür. Zirkon qapaq zirkonium oksidindən hazırlanır: bu, ağ rəngli, möhkəm materialdır. Metal-keramika qapaq da qoyulur: onun metal əsası keramika ilə örtülür.

Qapaq adətən diş çox dağılanda, plomb tutmayanda və ya dişin divarları nazik qalanda düşünülür. Kanal müalicəsindən sonra da bəzən dişə qapaq qoyulur. Dişə nəyin lazım olduğu müayinədə müəyyən edilir.

Zirkon qapaq necə qoyulur?

Zirkon qapaq 2 qəbulda qoyulur: birinci qəbulda diş müayinə olunur, hazırlanır və qəlibi götürülür, ikinci qəbulda hazır qapaq taxılır.

Neçə qəbul
2 qəbul. Birincidə diş hazırlanır və qəlibi götürülür, ikincidə qapaq taxılır.
  1. Müayinə

    Birinci qəbulda dişə baxılır və ona qapağın lazım olub-olmadığı, yoxsa başqa həllin uyğun olduğu müəyyən edilir.

  2. Dişin hazırlanması

    Elə həmin qəbulda qapağa yer açmaq üçün diş yonulur.

  3. Qəlibin götürülməsi

    Sonra dişin qəlibi götürülür, qapaq bu qəlibə görə hazırlanır.

  4. Qapağın taxılması

    İkinci qəbulda hazır qapaq dişə oturdulur, okklüziya yoxlanılır və qapaq dişə bərkidilir.

Zirkon qapaq qiyməti nə qədərdir?

Arxa dişə zirkon qapaq 250 AZN, ön dişə 300 AZN-dir (bir diş üçün). Metal-keramika qapağın qiymətini WhatsApp-da soruşun.

250–300 AZN, 1 diş

Qiymətə nə təsir edir

  • Ön, yoxsa arxa diş olduğu
  • Neçə dişə qapaq lazım olduğu
  • Qapaqdan əvvəl dişə başqa müalicənin, məsələn, kanal müalicəsinin lazım olub-olmadığı

Bütün qiymətlər

Tez-tez verilən suallar

Zirkon qapaq nədir?

Zirkon qapaq zirkonium oksidindən, ağ və möhkəm materialdan hazırlanan qapaqdır (tacdır). O, dişin görünən hissəsini hər tərəfdən örtür və formasını bərpa edir. Dişinizə qapağın lazım olub-olmadığı müayinədə deyilir.

Zirkon qapaq qiyməti nə qədərdir?

Arxa dişə zirkon qapaq 250 AZN, ön dişə 300 AZN-dir (bir diş üçün). Ümumi məbləğ neçə dişə qapaq lazım olduğundan və qapaqdan əvvəl dişə başqa müalicə, məsələn, kanal müalicəsi lazım olub-olmadığından asılıdır. Bu, müayinədə, işə başlamazdan əvvəl deyilir.

Zirkon qapaq üçün neçə dəfə gəlmək lazımdır?

Zirkon qapaq 2 qəbulda qoyulur. Birinci qəbulda diş müayinə olunur, hazırlanır və qəlibi götürülür. İkinci qəbulda hazır qapaq dişə taxılır və okklüziya yoxlanılır. Qapaqdan əvvəl dişə kanal müalicəsi kimi başqa müalicə lazımdırsa, əvvəlcə o aparılır.

Zirkon, yoxsa metal-keramika?

Hər ikisi qoyulur. Zirkon qapaq bütövlükdə zirkonium oksidindən, ağ rəngli materialdan hazırlanır. Metal-keramika qapağın isə metal əsası keramika ilə örtülür. Dişinizə hansının uyğun olduğu müayinədə deyilir.

Zirkon qapaq, yoxsa plomb?

Diş az dağılıbsa, çox vaxt plomb bəs edir. Diş çox dağılıbsa, divarları nazik qalıbsa və plomb tutmursa, qapaq düşünülür. Hansının dişinizə uyğun olduğu müayinədə deyilir.

Kanal müalicəsindən sonra dişə qapaq lazımdır?

Həmişə yox. Kanal müalicəsindən sonra dişin nə qədər sağlam toxuması qaldığına baxılır. Diş çox dağılıbsa, onu qapaqla bərpa etmək olar. Bu, müayinədə, dişə baxıldıqdan sonra deyilir.

Zirkon tac və zirkon qapaq eyni şeydir?

Bəli, eyni şeydir. Gündəlik danışıqda çox vaxt «qapaq», həkimlərin dilində isə «tac» deyilir. Hər ikisi dişin görünən hissəsini hər tərəfdən örtən və onun formasını bərpa edən örtükdür.

Həkimin bu sahədə keçdiyi kurslar

illik təcrübə, 2004-cü ildən
20+
bu sahə üzrə kurs və konfrans
1
  • Taclar üçün dişin hazırlanması kursu üzrə Gülşən Hacıyevaya verilmiş sertifikat, 2024Böyüdün

    Metal-keramika və zirkonium taclar üçün planlama və dişin hazırlanması kursu.

    Odontos, Jota, 2024

  • 2026

    Həkimlik sertifikatı

    Sertifikasiya şəhadətnaməsi, stomatologiya

    TMAKNM, 2026–2031

  • 2002

    Ali təhsil

    N. Nərimanov adına Azərbaycan Tibb Universiteti

    Stomatologiya, 1997–2002

Təhsil və sertifikatlar

Digər xidmətlər

Diş çox dağılıb?

WhatsApp-a yazın, mümkünsə dişin şəklini atın. Dişə hansı həllin uyğun olduğu müayinədə deyilir.

Və ya qısa formanı doldurub qəbula yazılın