Bakıda plomb və kariyes müalicəsi
Kariyes təmizlənir və diş estetik plombla bərpa olunur. Vaxtında qoyulan plomb dişi saxlayır, gecikəndə iş kanal müalicəsinə qədər böyüyür.
70 AZN-dən, 1 dişDəqiq qiymət müayinədən sonra bəlli olur.

Bu sizə tanışdırsa?
- Dişimdə qara ləkə, deşik görünür
- Şirin və ya soyuq yeyəndə dişim qısa müddət sızlayır
- Dişlərimin arasına tez-tez yemək ilişir
- Köhnə plombum düşüb və ya kənarı qaralıb
- Dişimin bir parçası qopub
- Ön dişimin forması, rəngi və ya aralığı xoşuma gəlmir
Ağrı uzun sürürsə, gecələr özü başlayırsa və ya diş dişləyəndə ağrıyırsa, iltihab çox vaxt sinirə çatmış olur. Belə halda təkcə plomb bəs etməyə bilər.
Plomb nədir?
Plomb kariyesdən təmizlənmiş dişin boşluğunu dolduran materialdır. Eyni kompozit materialla ön dişlərə kompozit vinir də edilir.
Kariyes dişi yavaş-yavaş dağıdır. Kiçik kariyesin müalicəsi adətən həm asan, həm də ucuz olur.
Diş çox dağılıb və plomb tutmursa, onu qapaqla bərpa etmək olar. Zirkon qapaq (tac)
Plomb necə qoyulur?

- Ağrılıdırmı
- Plomb yerli anesteziya ilə qoyulur. Keyləşmə təsir edəndən sonra adətən ağrı yox, təzyiq və titrəmə hiss olunur.
Müayinə
Dişə baxılır və kariyesin nə qədər dərinə getdiyi müəyyən edilir. Qiymət də dişə baxıldıqdan sonra deyilir.
Kariyesin təmizlənməsi
Kariyesli toxuma dişdən təmizlənir. Plomb yalnız təmiz boşluğa qoyulur.
Plombun qoyulması
Rəng dişinizə uyğun seçilir. Material qat-qat qoyulur və xüsusi işıqla bərkidilir.
Plombdan sonra
- Bir neçə gün dişin soyuğa həssas olması və dişləyəndə bir az ağrıması normaldır, adətən öz-özünə keçir.
- Dişləyəndə ağrıyırsa, plomb hündür qalmış ola bilər. Bu, qısa qəbulda düzəldilir.
- Ağrı güclənirsə, gecə başlayırsa və ya bir-iki həftədən çox çəkirsə, WhatsApp-a yazın.
- Müvəqqəti plombu vaxtında daimi plombla dəyişmək lazımdır.
Plomb qiyməti nədən asılıdır?
Plomb bir diş üçün 70 AZN-dən başlayır. Dəqiq rəqəm dişə baxıldıqdan sonra deyilir.
Qiymətə nə təsir edir
- Kariyesin ölçüsü
- Dişin yeri: ön və ya arxa diş
- Plombun materialı
Plomb işlərindən nümunələr
Bu şəkillər pasiyentlərin razılığı ilə paylaşılır.




Barmaqla sağa-sola sürüşdürün və ya ox düymələrini basın.
Tez-tez verilən suallar
Diş plombu qiyməti nə qədərdir?
Plomb bir diş üçün 70 AZN-dən başlayır. Qiymət kariyesin ölçüsündən, dişin yerindən və materialdan asılıdır. Dəqiq rəqəm dişə baxıldıqdan sonra deyilir. Kiçik kariyesin müalicəsi adətən həm asan, həm də ucuz olur, ona görə gecikdirməməyə dəyər.
Plombdan sonra diş niyə ağrıyır?
Plombdan sonra bir neçə gün dişin soyuğa həssas olması və dişləyəndə bir az ağrıması normaldır, adətən öz-özünə keçir. Plomb hündür qalıbsa, dişləyəndə ağrı olur: bu, qısa qəbulda düzəldilir. Ağrı güclənirsə, gecə başlayırsa və ya bir-iki həftədən çox çəkirsə, WhatsApp-a yazın: bəzən iltihab artıq sinirə çatmış olur.
Plomb qoymaq ağrılı olacaq?
Plomb yerli anesteziya ilə qoyulur. Keyləşmə təsir edəndən sonra adətən ağrı yox, təzyiq və titrəmə hiss olunur. Nəsə hiss etsəniz, həkimə işarə edin: anestezik dərman əlavə edilir. Plombdan sonra bir-iki gün dişin bir az həssas olması normaldır.
Estetik plomb nədir, dişdə görünürmü?
Estetik plomb rəngi dişinizin rənginə uyğun seçilən plombdur. Material qat-qat qoyulur və xüsusi işıqla bərkidilir. Düzgün qoyulmuş estetik plomb görünmür və dişlə birlikdə çeynəmə yükünü daşıyır. Ona görə bu gün ən çox estetik plomb qoyulur.
Müvəqqəti plomb nədir, nə qədər qalır?
Müvəqqəti plomb bir neçə gün və ya həftəlik qoyulur, məsələn, kanal müalicəsinin seansları arasında. O, daimi plombu əvəz etmir və vaxtında dəyişdirilməlidir. Ona görə növbəti qəbulu təxirə salmayın.
Hamiləlikdə plomb qoymaq olarmı?
Bəli, çox vaxt hətta lazımdır: hamiləlikdə müalicəsiz qalan iltihab ana və körpə üçün müalicənin özündən daha təhlükəlidir. Planlı müalicə üçün ən rahat dövr adətən ikinci trimestrdir, ağrını isə təxirə salmaq olmaz. Hamilə olduğunuzu mütləq deyin: anestezik dərman buna görə seçilir, şəkil isə yalnız həqiqətən lazım olanda çəkilir.
Dişlər niyə çürüyür?
Dişlərdə hər gün ərp yığılır. Ərpdəki bakteriyalar şirin və unlu qidalardan turşu əmələ gətirir, turşu da minanı yavaş-yavaş dağıdır. Gün boyu tez-tez şirniyyat yemək, az fırçalamaq və dişlərin arasını təmizləməmək kariyesi sürətləndirir. Kiçik kariyes ağrı vermir, ona görə dişləri vaxtaşırı yoxlatmağa dəyər: nə qədər tez-tez, sizdən və müalicədən asılıdır.
Plomb düşübsə, nə etməli?
Plomb düşəndə dişin içi açıq qalır, ora yemək ilişir və kariyes tez dərinləşir. Həmin tərəflə çeynəməyin, ağzınızı ılıq su ilə yaxalayın və dişi təmiz saxlayın. WhatsApp-a yazın, mümkünsə dişin şəklini atın. Diş ağrıyırsa və ya diş əti şişibsə, gecikdirməyin: bəzən təkcə plomb bəs etmir.
Ətraflı oxuyun
Plomb növləri: sadə dillə
Plombun materialı dişin yerinə, kariyesin ölçüsünə və dişə düşən yükə görə seçilir. Ağızda ən çox bu plomblar olur:
Ön dişlərdə görünüş, arxa dişlərdə isə möhkəmlik daha vacib olur. Ona görə eyni ağızda müxtəlif plomblar ola bilər və bu, adi haldır.
- Kompozit plomb Estetik plombun əsas növüdür. Qat-qat qoyulur, işıqla bərkiyir, rəngi dişə uyğun seçilir. Həm ön, həm arxa dişlərə qoyulur.
- Şüşə-ionomer plomb Flüor ayırır və nəmə az həssasdır. Çox vaxt süd dişlərinə, diş ətinin yanındakı kariyesə və ya müalicənin ara mərhələsində qoyulur.
- Metal (amalgam) plomb Gümüşü rəngli, köhnə tip plombdur. Bu gün az qoyulur, amma çoxlarının ağzında hələ də var.
- Kompozit vinir Plomb materialından ön dişin üzünə çəkilən nazik qat. Formanı, rəngi, qırıq kənarı və ya kiçik aralığı düzəldir. Bir qəbulda edilir, dişi çox yonmaq adətən lazım olmur.
Köhnə metal plombun kənarı kipdirsə, onu təkcə rənginə görə dəyişmək çox vaxt lazım deyil. Altında kariyes, çat və ya qaralma varsa, dəyişmək lazımdır.
Plombdan sonra ağrının növü nədən xəbər verir?
Kariyes dərin olanda sinir yaxında olur və müalicəyə reaksiya verir. Ona görə plombdan sonra dişin bir müddət həssas olması adi haldır. Ağrının növü çox vaxt səbəbi göstərir:
- Soyuğa və şirinə qısa sızlama Sinir müalicədən sonra sakitləşir. Bu, adətən günbəgün azalır.
- Yalnız dişləyəndə ağrı Plomb hündür qalıb və ya dişdə çat var. Belə ağrı öz-özünə keçməyə bilər.
- Diş ətində ağrı, dişlərin arasından diş sapı keçmir: plombun kənarı diş ətinə toxuna və ya dişlərin arasında çıxıntı qala bilər.
- Öz-özünə, uzun çəkən, gecə başlayan ağrı İltihab çox vaxt sinirə çatıb. Belə halda kanal müalicəsi lazım ola bilər.
Müvəqqəti və daimi plomb: fərqi nədir?
Müvəqqəti plomb yumşaq materialdır və dişi qısa müddətə bağlayır. Onu, məsələn, kanalın içinə dərman qoyulanda və ya dişin müalicədən sonra necə olacağını görmək lazım olanda qoyurlar. Daimi plomb isə uzun illər çeynəmə yükünü daşımaq üçündür.
Dişdə müvəqqəti plomb olduğunu unutmaq asandır, çünki o, çox vaxt narahatlıq vermir. Növbəti qəbulun gününü yazıb saxlayın ki, müvəqqəti plomb lazım olduğundan uzun qalmasın.
- Müvəqqəti plomb varsa, həmin tərəflə bərk və yapışqan şey çeynəməmək yaxşıdır.
- Onun səthinin bir az aşınması adi haldır. Plomb tamam düşübsə, dişin içi açıq qalır: dişi gecikdirmədən göstərin.
- Müvəqqəti plomb uzun qalanda kənarlarından bakteriyalar keçir və müalicə olunmuş diş yenidən xarablaşa bilər.
Plomb niyə düşür, onu necə uzun saxlamaq olar?
Plomb hər gün çeynəmə yükü daşıyır, isti və soyuqdan təsirlənir. Onun nə qədər qalması plombun ölçüsündən, dişin yerindən və qulluqdan asılıdır.
Plombun altında başlayan kariyes çox vaxt ağrı vermir və yalnız müayinədə, bəzən yalnız rentgendə görünür. Ona görə köhnə plombları vaxtaşırı yoxlatmaq dişi böyük müalicədən qoruyur.
- Plombun altında kariyes Kənarda kiçik boşluq yaranır, kariyes dişi içəridən dağıdır və plomb tutmur.
- Böyük plomb, nazik divar Dişin özündən az qalanda divar yükdən sınır, plomb da onunla düşür. Belə dişi plomb əvəzinə zirkon tacla (qapaqla) bərpa etmək olar.
- Bərk şeylər Qoz, sümük, buz, tum çırtmaq plombu və dişi qıra bilər.
- Gecələr dişləri qıcırtmaq Plomblara və dişlərə əlavə yük düşür.
- Uzun qalması üçün Gündə iki dəfə fırçalayın, dişlərin arasını diş sapı ilə təmizləyin, dişləri vaxtaşırı yoxlatın.
Düşmüş plombu yerinə yapışdırmaq olmur: dişə yeni plomb qoyulur.
Həkimin bu sahədə keçdiyi kurslar
- illik təcrübə, 2004-cü ildən
- 20+
- bu sahə üzrə kurs və konfrans
- 10
Böyüdün
Metal-keramika və zirkonium taclar üçün planlama və dişin hazırlanması kursu.
Böyüdün
Ağartma, ağ estetika və kompozit bərpa üzrə kurs.
Böyüdün
Ön dişlərin birbaşa kompozit bərpası üzrə praktiki kurs.
Böyüdün
Bərpa üzrə 360 dəqiqəlik tədris kursu (Caspident, Sirona Academy).
Böyüdün
Estetik bərpaların elmi və sənəti üzrə 3M ESPE kursu.
Böyüdün
Dişlərin estetik bərpası üzrə beynəlxalq konfrans və master-klass.
Böyüdün
Ön və çeynəmə dişlərinin estetik bərpası üzrə 3M ESPE mühazirə kursu.
Böyüdün
Klinik endodontiya və estetik bərpa üzrə elmi-praktik seminar (Moskva Dövlət Tibb-Stomatologiya Universiteti).
Böyüdün
Arxa dişlərin birbaşa estetik və funksional bərpası üzrə kurs.
- 2026
Həkimlik sertifikatı
Sertifikasiya şəhadətnaməsi, stomatologiya
- 2019
Ön və arxa dişlərin bədii bərpası üzrə fərdi kurs (Style Italiano).
- 2002
Ali təhsil
N. Nərimanov adına Azərbaycan Tibb Universiteti
Digər xidmətlər
Dişinizdə ləkə və ya deşik görürsünüz?
WhatsApp-a yazın. Kariyes nə qədər tez müalicə olunsa, iş bir o qədər kiçik olur.
