Gülşən Hacıyevastomatoloq-ortodont
Azərbaycan dili, dili dəyişin
010 710 77 17

Bakıda uşaq diş həkimi

Gülşən Hacıyeva süd dişlərini müalicə edir, kariyesin qarşısını almağa kömək edir. Uşaq stomatoloqunun yanına gəlmək qorxulu olmamalıdır: əvvəlcə uşaqla tanış olunur, sonra tələsmədən müalicə edilir.

Qiyməti soruşun: Uşaq stomatologiyasıDəqiq qiymət müayinədən sonra bəlli olur.

Gülşən Hacıyeva, stomatoloq-ortodont20+ illik təcrübə, 2004-cü ildən · Dental Center Plus, Yasamal

Bu sizə tanışdırsa?

  • Uşağımın dişində ləkə və ya deşik görünür
  • Uşağım şirin və ya soyuq yeyəndə dişindən şikayət edir
  • Uşağımın diş ətində sızanaq kimi qabarcıq var
  • Uşağım yıxılıb, dişi zədələnib
  • Uşağım diş həkimindən çox qorxur

Uşağın üzü şişirsə, qızdırması qalxırsa və ya uşaq çox halsızdırsa, gözləməyin: həmin gün həkimə göstərin.

Tanış gəlir? WhatsApp-a yazın

Uşaq stomatoloqu nə edir?

Uşaq otağında kiçik masa arxasında rəsm çəkən iki qız

Uşaq çox qorxursa, ağzını açmırsa, həkim onu zorla müalicə etmir: zorla edilən müalicə qorxunu illərlə uzadır.

  • Plomb Kariyesli yer təmizlənir, diş plombla bərpa olunur.
  • Süd dişinin sinir müalicəsi İltihab dərində olanda lazım ola bilər.
  • Süd dişləri üçün BioFlx qapaqlar Çox dağılmış süd dişi ağ qapaqla örtülür.
  • Qoruyucu müalicə Lazım olanda dişlər flüorlu lakla örtülür, daimi azı dişlərinin fissurları bağlanır.
  • Süd dişinin çəkilməsi Lazım olanda süd dişi çəkilir.

Ən kiçiklər sedasiya ilə müalicə olunur: sedasiyanı klinikaya gələn partnyor mobil anesteziya komandası aparır. Uyğun olub-olmadığına müayinədən sonra pediatr qərar verir.

Anesteziya komandasının Instagram səhifəsi: @mobanaesthesia

Uşaqlarda müalicə necə aparılır?

Uşağın açıq ağzı: alt çənədə arxa iki süd dişinə ağ BioFlx qapaq qoyulub
Çürümüş iki süd dişinə ağ qapaq (BioFlx) qoyulub
Neçə qəbul
Kiçik kariyes bir qəbulda bitir, çox iş bir neçə qısa qəbula bölünür.
Nə qədər çəkir
Qəbul adətən 20⁠–⁠40 dəqiqədir.
Ağrılıdırmı
Anesteziyadan sonra uşaq adətən ağrı hiss etmir, yalnız təzyiq və titrəmə hiss edə bilər.
  1. Tanışlıq və müayinə

    Uşaq kresloda oturur, alətlərlə tanış olur, həkim də dişlərini sayır. Müayinədə görünənlər valideynə deyilir.

  2. Lazım olsa, panoramik rentgen

    Gözlə görünməyən kariyes və ya iltihab şübhəsi varsa, panoramik rentgen lazım ola bilər.

  3. Anesteziya

    Dərin kariyesdə dişə anesteziya vurulur, əvvəlcə diş ətinə anestezik gel çəkilir.

  4. Müalicə

    Kariyes təmizlənir və diş yuxarıdakı üsullardan biri ilə bərpa olunur. Qəbul adətən 20⁠–⁠40 dəqiqədir: kiçik kariyes bir qəbulda bitir, çox iş bir neçə qısa qəbula bölünür.

  5. Evdə qulluq

    Valideynə fırçalama, şirniyyat və gecə qidalanması barədə sadə məsləhətlər verilir.

Müalicədən sonra və evdə

  • Keyləşmə keçənə qədər uşağa yemək verməyin, yanağını və dodağını dişləməsin deyə ona baxın.
  • Gecə fırçalamadan sonra süd, şirə və ya şirin çay yox, yalnız su verin.
  • Şirniyyatı gün boyu yox, yeməkdən sonra bir dəfəyə verin.
Gülşən Hacıyeva iki balaca pasiyenti ilə uşaq otağındaStomatoloji kresloda oturub gülümsəyən qızÖnlük taxmış balaca qız kresloda gülümsəyirQəbuldan sonra «Diş pərisi» sertifikatını göstərən qızUlduz formalı şar tutub gülümsəyən qızMilli geyimdə oğlan baş barmağını qaldırıb
Balaca pasiyentlər. Şəkillər valideynlərin icazəsi ilə paylaşılır.

Uşaq diş müalicəsinin qiyməti nədən asılıdır?

Qiymət nə ediləcəyindən asılıdır. Plan və qiymət müayinədən sonra valideynlə əvvəlcədən danışılır. Razılığınız olmadan əlavə iş görülmür.

Qiymətə nə təsir edir

  • Neçə dişin müalicəyə ehtiyacı var
  • Kariyesin dərinliyi: plomb bəs edir, yoxsa sinir müalicəsi lazımdır
  • Süd dişi, yoxsa daimi diş
  • Profilaktika: flüorlu lak və ya fissurların bağlanması
  • Sedasiya lazım olub-olmaması

Bütün qiymətlər

Uşaqlarla işlərdən nümunələr

Uşaqların şəkilləri yalnız valideynlərin razılığı ilə və üzləri görünmədən paylaşılır.

Müalicədən əvvəl, uşağın yuxarı ön dişləri alt dişlərin arxasında
Əvvəl
Müalicədən sonra, uşağın yuxarı ön dişləri alt dişlərin önündə
Sonra
Uşaqda yuxarı ön dişlər önə keçib
Müalicədən əvvəl, uşağın alt ön dişləri yuxarı dişlərin önündə
Əvvəl
Müalicə gedişində, çıxmayan aparat ağızda, uşağın ön dişləri
Müalicə gedişində
Uşaqda çıxmayan aparatla müalicə

Barmaqla sağa-sola sürüşdürün və ya ox düymələrini basın.

Digər işlər: əvvəl və sonra

Tez-tez verilən suallar

Uşaqlarda diş müalicəsi ağrılıdırmı?

Anesteziyadan sonra uşaq adətən ağrı hiss etmir, yalnız təzyiq və titrəmə hiss edə bilər. Dərin kariyesdə dişə anesteziya vurulur, iynə az hiss olunsun deyə əvvəlcə diş ətinə anestezik gel çəkilir. Keyləşmə 1⁠–⁠2 saat davam edir: bu vaxt uşağa baxın ki, yanağını və dodağını dişləməsin.

Uşaq stomatoloqu qiymətləri nədən asılıdır?

Qiymət nə ediləcəyindən asılıdır: neçə dişin müalicəyə ehtiyacı var, plomb bəs edir, yoxsa sinir müalicəsi lazımdır, süd dişidir, yoxsa daimi diş. Plan və qiymət müayinədən sonra valideynlə əvvəlcədən danışılır. Razılığınız olmadan əlavə iş görülmür.

Süd dişləri onsuz da düşəcək, müalicə etmək lazımdırmı?

Bəli. Süd dişlərinin bəziləri 11⁠–⁠12 yaşa qədər qalır. Kariyesli süd dişi ağrıyır, uşaq rahat yeyə və yata bilmir, iltihab altdan çıxan daimi dişə də təsir edə bilər. Süd dişi vaxtından əvvəl düşəndə yanındakı dişlər sürüşür, daimi dişə yer qalmır və sonradan dişlər əyri çıxa bilər.

Uşağı ilk dəfə stomatoloqa neçə yaşda aparmaq lazımdır?

Gülşən Hacıyeva uşaqları istənilən yaşda qəbul edir. İlk dəfə ilk dişi çıxandan sonra, təxminən bir yaşında gətirmək məsləhətdir. Bu qəbulda adətən müalicə olmur: dişlərə baxılır, fırçalama və qidalanma barədə danışılır. Belə erkən tanışlıq həm kariyesin qarşısını alır, həm də uşağın həkimə alışmasına kömək edir. Sonra yoxlamaya nə qədər tez-tez gəlmək uşaqdan və müalicədən asılıdır, amma ən gec 6 ayda bir.

Diş həkimindən qorxan uşaqla necə davranmaq olar?

İlk qəbulda müalicə yox, tanışlıq olsun. Valideyn otaqda uşağın yanında qala bilər. Qorxu çox güclüdürsə, bir neçə qısa tanışlıq qəbulu edilir, lazım olsa, sedasiya barədə danışılır. Ən kiçik uşaqlar sedasiya ilə müalicə olunur.

Uşaq diş ağrısı üçün nə etməli?

Uşağın ağzını ılıq su ilə yaxalayın, dişlərin arasına yemək ilişib-ilişmədiyinə baxın. Ağrıkəsici lazım olsa, yalnız uşaqlar üçün olanı qutusundakı təlimata görə verin və ya əczaçıdan soruşun. Aspirin verməyin, dişin üstünə heç nə qoymayın. Ağrı keçsə də, uşağı diş həkiminə göstərin. Üzü şişirsə və qızdırma qalxırsa, həmin gün həkimə gedin.

Uşağın dişi və ya diş əti şişib: nə etməli?

Yanağın və ya diş ətinin şişməsi çox vaxt dişdəki iltihabdan olur. Uşağı həmin gün diş həkiminə göstərin. Şişi isitməyin, həkim yazmadan antibiotik verməyin. Şiş gözə və ya boyuna tərəf yayılırsa, qızdırma qalxırsa, uşaq udmaqda çətinlik çəkirsə, dərhal təcili yardım çağırın (103).

Uşaqlarda diş çürüməsi niyə olur?

Səbəb çox vaxt gün boyu tez-tez verilən şirniyyat, gecə fırçalamadan sonra verilən süd, şirə və ya şirin çay, bir də dişlərin yaxşı fırçalanmaması olur. Süd dişinin minası nazikdir, kariyes orada tez dərinləşir. İlk dişdən flüorlu pasta ilə fırçalayın və uşağı ən gec 6 ayda bir həkimə göstərin.

Ətraflı oxuyun

Uşaqlarda diş çürüməsi: hansı əlamətlərə fikir verməli?

Süd dişlərində kariyes çox vaxt ağrısız başlayır və tez dərinləşir, ona görə valideyn onu gec görür. Ayda bir dəfə yaxşı işıqda uşağın dodağını qaldırıb dişlərinə özünüz baxın: xüsusən üst ön dişlərin diş ətinə yaxın hissəsinə və azı dişlərinin çeynəmə səthinə.

  • Ağ tutqun ləkə Kariyesin ən erkən əlamətidir, bu mərhələdə adətən hələ deşik olmur.
  • Qəhvəyi və ya qara ləkə Kariyes ola bilər, bəzən isə sadəcə piqmentdir. Fərqi müayinədə görmək olar.
  • Dişlərin arasına tez-tez yemək ilişir Dişlərin arasında başlayan kariyes gözlə çətin görünür.
  • Şirindən və soyuqdan ağrı Kariyes artıq dərinləşməyə başlayıb.
  • Diş ətində qabarcıq və ya ağızdan pis qoxu İltihab dişin kökünə çatmış ola bilər.

Bu əlamətlərdən birini görsəniz, ağrını gözləməyin: kariyes nə qədər tez tapılsa, müalicə adətən o qədər qısa və asan olur.

Süd dişləri nə vaxt çıxır və nə vaxt düşür?

Hər uşağın öz vaxtı var: dişlərin bir az tez və ya gec çıxması, düşməsi çox vaxt normaldır. Aşağıdakı yaşlar təxminidir.

Birinci daimi azı dişi heç bir süd dişinin yerinə çıxmır: təxminən 6 yaşda süd dişlərinin arxasında çıxır. Valideynlər çox vaxt onu süd dişi sanır və kariyesi gec görür. Fissurları bağlanan dişlər də elə bunlardır.

  • Təxminən 6 aylıqda İlk süd dişi çıxır, adətən alt ön diş.
  • 2,5⁠–⁠3 yaşa qədər 20 süd dişinin hamısı çıxır.
  • 6⁠–⁠8 yaş Ön süd dişləri düşür, yerinə daimi kəsici dişlər çıxır.
  • 9⁠–⁠12 yaş Köpək dişləri və süd azı dişləri dəyişir.

Daimi diş süd dişinin arxasından çıxıbsa, süd dişi isə laxlamırsa, uşağı həkimə göstərin. Süd dişi zərbədən və ya kariyesdən vaxtından çox tez düşübsə, bu halda da uşağı göstərin.

Uşağı diş həkiminə necə hazırlamaq olar?

Uşaq hara getdiyini əvvəlcədən bilməlidir. Bir gün əvvəl sakitcə deyin ki, həkim dişlərini sayacaq və onlara baxacaq. Uzun izahat lazım deyil. "Qorxma" sözünü də işlətməyin: bu sözü eşidəndə uşaq qorxulu nəsə olacağını düşünür.

  • Vaxt Uşağın tox və gümrah olduğu, yuxu vaxtına düşməyən saatı seçin.
  • Sözlər "iynə", "ağrı", "bormaşın" kimi sözləri işlətməyin. Həkimin dişləri sayacağını və təmizləyəcəyini deyin.
  • Oyun Evdə oyuncağın dişlərini sayıb həkim-həkim oynayın, dişlər haqqında uşaq kitabı oxuyun.
  • Qəbulda Valideyn otaqda uşağın yanında qala bilər. Özünüz sakit olun: valideyn həyəcanlananda uşaq bunu dərhal hiss edir.
  • Qəbuldan sonra Qəbul necə keçsə də, uşağı cəsarətinə görə tərifləyin.

Yaşa görə evdə dişlərə qulluq

Kariyesin qarşısını almaq üçün ən çox iş evdə görülür. Uşaq böyüdükcə qaydalar bir az dəyişir, əsası isə eyni qalır: gündə iki dəfə flüorlu pasta ilə fırçalamaq və şirniyyatı azaltmaq.

  • İlk dişə qədər Yeməkdən sonra diş ətini təmiz, nəm bezlə silə bilərsiniz.
  • İlk dişdən 3 yaşa qədər Yumşaq uşaq fırçası və düyü dənəsi boyda flüorlu pasta. Bu yaşda dişləri siz fırçalayırsınız.
  • 3⁠–⁠6 yaş Noxud boyda pasta bəs edir. Uşağa pastanı udmamağı, tüpürməyi öyrədin.
  • 6 yaşdan sonra Daimi dişlər çıxır. Dişlərin bir-birinə toxunduğu yerlərdə diş sapı işlətməyə başlamaq olar.
  • 7⁠–⁠8 yaşa qədər Uşaq özü fırçalasa da, sonda siz də fırçalayın və ya yoxlayın.

Həkimin bu sahədə keçdiyi kurslar

illik təcrübə, 2004-cü ildən
20+
bu sahə üzrə kurs və konfrans
3
  • AVICENNA mərkəzinin uşaq endodontiyası (EndoKids) kursu üzrə Gülşən Hacıyevaya verilmiş sertifikat, 2023Böyüdün

    Süd dişlərinin və kökü tam formalaşmamış daimi dişlərin endodontik müalicəsi üzrə müəllif kursu.

    AVICENNA, клинико-образовательный стоматологический центр, 2023

  • 2026

    Həkimlik sertifikatı

    Sertifikasiya şəhadətnaməsi, stomatologiya

    TMAKNM, 2026–2031

  • 2024

    0-14 yaşlı uşaqlarda ortodontiya üzrə müəllif kursu.

    Aditek, Mico One orthodontics

  • 2023

    Uşaq stomatologiyası: estetik uşaq tacları, yer saxlayıcılar və e-MTA ilə pulpa müalicəsi.

    Kids-e-Dental LLP

  • 2002

    Ali təhsil

    N. Nərimanov adına Azərbaycan Tibb Universiteti

    Stomatologiya, 1997–2002

Təhsil və sertifikatlar

Digər xidmətlər

Uşağınızın dişləri sizi narahat edir?

WhatsApp-a uşağın yaşını və şikayətini yazın. Uyğun vaxt birlikdə seçilir.

Və ya qısa formanı doldurub qəbula yazılın